Bakı, TurkicWorld
Biz təklif edirik ki, məktəblər bizə müracit etsin ki, şagirdlər hansı sahədə daha uğurlu ola bilərlər.
TurkicWorld xəbər verir ki, bunu "Azərbaycan Karyera İnkişaf Forumu 2024"də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bununla bağlı sessiyalar keçirtməyi planlaşdırırıq.
"Açıq demək lazımdır ki, bizim insanlar peşə seçərkən əmək bazarını nəzərə almırlar. Onlar əsasən kənar fikirləri nəzərə alır və dəbdə olan ixtisaları seçirlər. Bu düzgün yanaşma deyil",- deyə sədr qeyd edib.