Son dəqiqə

Muxtar Babayev Ali Erbaş COP29

Muxtar Babayev Ali Erbaş ilə COP29-u müzakirə etdi

Bakı, TurkicWorld

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı 11-22 noyabr tarixlərində Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər