Son dəqiqə

Azərbaycan

Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn vətən oğullarının əziz xatirəsi yad edilib

Bakı. TurkicWorld

Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn vətən oğullarının əziz xatirəsi yad edilib.

TurkicWorld xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və yerli hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçular Devid Cəlilov, Səbuhi Hüseynov, Amid Qədirov, Elvin Qayıbov, Osman Ağaxanov və Tapdıq Xələfovun il mərasimlərində iştirak edib.

Şəhidlərimizin məzarı önünə gül dəsətələri düzüb, ruhlarına dualar oxuyublar.

Anım mərasimlərində qəhrəman oğulların keçdiyi qısa, lakin şərəfli ömür yolundan, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışılıb.

Mövzuya görə xəbərlər