Bakı. TurkicWorld
Azərbaycanın Xarici İşlər Nazirliyi İran tərəfinə başsağlığı verib.
TurkicWorld xəbər verir ki, bununla bağlı XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“İran xalqına və hökumətinə, eləcə də Xorasan əyalətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını və bu faciəli hadisənin nəticələrinin tezliklə aradan qaldırılmasına ümid edirik”, - deyə, paylaşlmda bildirilir.