Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev sərəncam imzalayıb

Bakı, TurkicWorld

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti, "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

TurkicWorld xəbər verir ki, Sərəncama əsasən, 2024-cü il 26 iyul tarixində imzalanmış "Azərbaycan Respublikasının Hökuməti, "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma" təsdiq edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər