Son dəqiqə

Türkiyə Silahlı Qüvvələri

Türkiyə Silahlı Qüvvələrinin hərbiçisi şəhid olub

Bakı. TurkicWorld

Türkiyə Silahlı Qüvvələrinin Piyada Müqaviləli Əsgəri Maşallah Abakay, "Pençe-Kilit" Əməliyyat bölgəsində terror təşkilatı üzvlərinin sızma cəhdi zamanı şəhid olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

“22 sentyabr 2024-cü il tarixində "Pençe-Kilit" Əməliyyat Bölgəsində separatçı terror təşkilatı üzvlərinin sızma cəhdi zamanı qəhrəman silahdaşımız Maşallah Abakay şəhid oldu." - deyə açıqlamada qeyd edilib.

Bildirilib ki, Türkiyə Milli Müdafiə naziri Yaşar Güler ​​mesajında ​​Abakayın ailəsi və türk millətinə başsağlığı və səbr diləyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər