Son dəqiqə

Azərbaycan Güləş Federasiyası

Azərbaycan güləş millisi Qazaxıstandakı turniri 1 dəst medalla başa vurub

Bakı. TurkicWorld

Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram) isə bürünc medal qazanıb.

Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.

Mövzuya görə xəbərlər