Son dəqiqə

Daxili İşlər Nazirliyi narkotik ticarəti

Həftəsonu 50 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Bakı, TurkicWorld

Avqustun 24-də və 25-də ümumi çəkisi 50,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 40,9 kiloqrama yaxını marixuana, 10 kiloqrama yaxını metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu olub.

Mövzuya görə xəbərlər