Son dəqiqə

Daxili İşlər Nazirliyi diplomatik nömrəli avtomobillər yol qayda pozuntuları

DİN-dən diplomatik nömrəli avtomobillərin qayda pozuntuları barədə rəsmi açıqlama verilib

BAKI,TurkicWorld

Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətindən TurkicWorld-ə bildirilib ki, Azərbaycan Respublikasının yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

Mövzuya görə xəbərlər