BAKI,TurkicWorld
Paytaxtın Xətai rayonu ərazisində piyadaların təhlükəsizliyinin artırılması məqsədilə yeni işıqfor sistemi istifadəyə verilib.
TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib
Ramiz Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yeni svetoforlar quraşdırılıb.
Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, yolun mailli olması səbəbindən sürücülər piyadaları vaxtında görməkdə çətinlik çəkiblər. Bu amil nəzərə alınaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasının, eləcə də ictimai iaşə və xidmət obyektlərinin yaxınlığında yerləşən, piyada intensivliyinin yüksək olduğu kəsişmədə 3 ədəd piyada svetoforu və üzərində piyada bölmələri olan üçlampalı nəqliyyat svetoforları (L və A tipli) quraşdırılaraq istifadəyə verilib.
Qeyd olunub ki, yeni svetoforlar hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə şərait yaradır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt ərazisində zəruri hesab edilən digər məntəqələrdə də analoji işlərin davam etdirildiyi bildirilib.







