Bakı, TurkicWorld
MÜSİAD Azərbaycanın ev sahibliyi ilə iqtisadiyyat sahəsi üzrə media nümayəndələri ilə müzakirə iclası keçirilib.
TurkicWorld xəbər verir ki, iqtisadiyyat sahəsi üzrə media nümayəndələri, MÜSİAD Azərbaycan dərnək mərkəzində Türkiyə Səfirliyinin Media müşaviri Alptekin Cihangir İşbilir, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyəti üzvləri ilə bir araya gəlib.
Görüşdə birgə əməkdaşlıq, görülən tədbirlər, yeni tərəfdaşlıq istiqamətləri və biznes dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Daha sonra isə aparılan müzakirələr nəticəsində Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində ilk dəfə olaraq "İqtisadiyyat Jurnalistləri Platforması"nın qurulması qərara alınıb.