Son dəqiqə

Azərbaycan

Cüdoçularımız "Asiya Uşaqları" oyunlarında 2 medal qazanıblar

Bakı. TurkicWorld:

Azərbaycan cüdoçuları "Asiya Uşaqları" beynəlxalq idman oyunlarının ikinci günündə uğurlu çıxış ediblər.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız 1 qızıl və 1 bürünc medal qazanıb.

Oğlanlar arasında Əli Hümbətov (66 kq) qızıl, Özqan Quliyev (60 kq) isə bürünc medala sahib olub.

Mövzuya görə xəbərlər