Son dəqiqə

Azərbaycan Türkiyə Rəcəb Tayyib Ərdoğan

Türkiyə bundan sonra da Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə bundan sonra da Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edəcək.

TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, oktyabrın 18-də Ermənistan, Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərini ölkəmizdə qəbul etdik.

"Platformanın vacib bir ehtiyaca cavab verdiyini müşahidə edirik. Biz bu strukturu institusional quruluşa çevirmək istəyirik. Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb.

Biz Azərbaycan və Ermənistanın bu istiqamətdəki səmimi səylərini yaxından izləyirik. Davamlı sülhün əldə edilməsi üçün unikal dövrdür. Bundan sonra da azərbaycanlı qardaşlarımızla koordinasiyalı fəaliyyət göstərəcəyik”, - deyə o əlavə edib.

Mövzuya görə xəbərlər