Son dəqiqə

whatsapp izləmə

WhatsApp təqibi qurbanları–faktlar, fotoşəkillər…Ermənistan izi

TurkicWorld /VAO/ , Müasir texnologiyanın inkişafı bəşəriyətin xeyrinə olsa da, bu inkşafla modern dələduzluq formaları da inkubasiyasının pik həddinə çatıb. Dünyada olduğu kimi Azərbaycanda da bu kimi modern dələduzlar var və zaman-zaman onlara qarşı hüquq mühafizə orqanları tərəfindən aparılan uğurlu əməliyyatların şahidi oluruq.

Cəmiyyətdə bir çox məfhumların o cümlədən ailə məfhumunun etibarsızlaşması fonunda bir çox modern dələduzlar bundan gəlir məqsədi kimi istifadə edirlər. Belə ki, bu modern dələduzlar, sosial şəbəkələrdə özlərini xaker kimi qələmə verir və insanların bir birinə, xüsusən də ailə daxilinda olan inamsızlığıdan faydalanaraq “çörəkpulu” qazanırlar. Söhbət özlərini xaker kimi təqdim edən və güya WhatsApp-a girərək insanların yazışmalarını (əsasən ər-arvad) təqib edən və məlumatları tərəfin “sifarişi” üzərə onlara təqdim edən şəxslərdən gedir.

Redaksiyamız uzun zaman İnstagram sosial şəbəkəsində reklam edilən “hacker_izleme_xidmeti” (bundan sonra şərti olaraq Kamal adlandırılacaq) səhifəsi ilə əlaqə yaradaraq, öncədən redaksiya tərəfindən istifadə edilən öz şəxsi nömrələrimizin izlənilməsi təklifi ilə müraciət etdi. Məqsəd dələduzların hansı mexanizmlə işləməsini araşdırmaq və bu kimi neqativ halların qarşısının alınmasına dəstək olmaqdır.



Qeyd edək ki, müraciət etmədən öncə cavab üçün bir müdət gözləyəcəyimizi təxmin edirdik və təxminlərimiz doğru çıxdı. Bu da təbiidir, çünki “məşğul” obrazı yaratmaqla “sifarişçini” həyəcanda saxlamaq işin “peşəkarlığını” göstərir.


Daha sonra bəlli oldu ki, Kamal söhbəti o qədər də uzatmadan nə qədər ciddi olduğumuzu yoxlamaq üçün bizə potensial “müstəri” kimi müzakirəni WhatsApp-dan etməyimizi təklif etdi.

Qeyd edək ki, Kamalın bizimlə əlaqə saxladığı +994 70 282 88 18 rəqəmli nömrənin ona və ya digərinə məxsus olduğunu təyin edə bilmirik. ( Bu bizim imkanlarımız xaricindədir)

Kamal məsələdə o qədər arxayın idi ki, tez-tez bizə WhatsApp üzrəindən zəng edir və ödəmələri və prosesi tezləndirməyimizi istəyirdi. Biz də təbii ki, Kamal kimi “peşəkarı” qırmamaq üçün instruktaja uyğun həkəkət edirdik.

Yazışmanı olduğu kimi (Kamalın yazdığı və göndərdiyi səslərdəki kimi) təqdim edirik:

-Redaksiya
Salam. Sizə yazmışdım instadan
-Kamal
Salam buyurun (olduqca mədəni bir davranış nümayiş etdirilir)

-Redaksiya
+99450*** **** və +99450*** **** nömrələrini kompdan təqib

-Kamal
Qarşı tərəfin nömrələridir?
Komputerin adı nedi yadaşi neçe di

Bu ilk “ünsiyətdən sonrası” Kamal redaksiyaya zəng vurur, lakin cavab almır.

-Kamal
Tam deqiq gönderin

Kamal təkrar zəng edir (işi tez bir zamanda bitirmək və olduqca peşəkar görünmək lazımdır). Bu dəfə redaksiya olaraq Kamalın zəngini cavabsız qoymuruq və ilk səsli ünsiyyət yaranır.

Danışıq zamanı Kamal bu məlumatları nə üçün istədiyini bildirir və qeyd edir ki, bu olduqca peşəkar işdir və burdan qurğunun (mobil və ya stasionar) adında bir hərf belə səhv olsa təqib proqramı işləməyəcək. Kamal işi bu gün ən geci 2-3 saata yekunlaşdırmağımızın labüdlüyünü və vacibliyini olduqca ustalıqla izah edirdi . “Xidmətə” görə də “qardaşyana” 120 Manat tələb edir.

Bu onu göstərir ki, bu Kamalın ilk işi deyil. Danışıq zamanı Kamalın səsi ilə toyuq və digər səslərinin eşidilməsi isə, “peşəkarın” böyük ehtimal ki, şəhərdən kənar bir yerdə olmasından irəli gəlirdi.

Kamalın təlimatı üzərə qurğunun ( mobil telefon) məlumatları, həcmi və yaddaşı ona göndərildi. Kamal müştərilərə peşəkar yanaşaraq onları əlavə xərcə salmamaq üçün məhz mobil telefon üzrərindən təqibin aparılmasını daha qənaətcil olmasını bildirir. (Bu yanaşma sifarişçidə psixoloji güvən yaratmaq üçün peşəkarcasına addımdır. Müştəri hiss edir ki, Kamal onu aldatmaq yox problemini həll etmək istəyir. Qeyd edək ki, bu olduqca inandırıcı bir addımdır.)

-Kamal
Tamam size deyende edersiz ödenişi

-Redaksiya
PULU M10 la ödəyəcəyəm

-Kamal
Bank karti

-Redaksiya
Olar

-Kamal
Neye gore soruşduz
M10la. Ede bilmirsiz

Redaksiya (səsli mesaj)
Mən soruşmadım sadəcə deyirəm ki, M10 la ödəyəcəyək kartınıza

Kamal
Tamam qardaş (artıq ilk yaxınlıq yaratmaq üçün addımlar atılır, burada istifadə edilən qardaş sözü potensial “müştəriyə”, əslində isə qurbana yaxınlaşmaq üçün istifadə edilir)

Redaksiya
Ok

Kamal
4098 5844 7105 7255 (Bank kartı)
Qardaş ödeniş adın ceki atın

Redaksiya
Ok
120 düz?

Kamal
Bəli
ne qedere (yəni neçə dəqiqəyə) vurursuz qardaş (yenə qardaş və səmimiyyət)

Redaksiya

Kamal
Tamam size xeber ederem

Redaksiya
Ok
Təxmini nə vaxt olacaq

Kamal
Uzağı saat yarım

Biz gözləyirik. Artıq iki saata yaxın zaman keçməsinə baxmayaraq ortada heç bir şey yoxdur.

Redaksiya
Salam alınır,Dost iki saat keçdi cavab yoxdur

Kamal (səsli mesaj)

Axşamən xeyir qardaş, elə mən də sənə yazacaqdım indi. Deməli ,sən ödənişi edəndən sonra həmişəki kimi proqramı zadı alıdm (maraqlıdır, harda nə və proqramı). Sənin verdiyin birinci nömrə ki var haaa 99450 *** ** ** həmin bu nömrədə izləmə var. Səndən öncə bir nəfər şəxs həmən bu nömrəni izləməyə alıbdır. Mən də sənə yazdım, indi çünki deməliyəm daaa , bu problemlə əlaqədar, proqram sistem, hamsı bağlanıbdır. Mənim bank hesabım belə deyim də hamsınə əl qoyulub. (Kamal bizə başa salmağa çalışır ki, artıq pulun geri qayıtması mümkün olmayacaq. Yəni baxın sizə görə mənim bütün bank kartlarım blok olub. Günahkar sizsiniz.)

Kamal davam edir-
Bir az səbrli ol Allahın izni ilə araşdırım görüm məsələ nədir, ola bilər proqramda ola bilər problem, ola bilər sistemdə yəni mən bu dəqiqə araşdırım həll edim inşallah. Sənə nə var nə yox hamsını deyəcəm. (Kamalın, qurbana “mərhəmətli” davranışı əslində mərhəmət yox ona ümid vermək və daha böyük məbləğ qoparmaq üçün atılan manipulyativ addımdır)

Redaksiya
Bəs ikinci nömrə necə oldu, ikinci nömrə. Qardaş sənin bank hesabının məsələyə nə dəxıli var ki? İkinci nömrə haqqında nə xəbər.

Kamal (səsli mesaj)

Qardaş bəs bular hamsııı, bir-birinən əlaqədar olan şeylərdir. Bank hesabıdır, sistemdir, hesabdır. Bə mənim nömrəm falan qoşulbdur ora, sən deyirsən nə əlaqəsi varki? ( Bir az sərt səslə) Ödənişi, proqramı bə neynən alıram? Sistem hal hazırda bağlıdır, yəni onu demək istəyirəm ki, bir dənə araşdırım. Qaldı ikinci nömrə belə deyim də yanı, sistem bağlı oldğu üçün mən heç, belə deyim də səndən sonra, səndən əvvəl ödəniş edən müştərilərin (əslində qurbanıarın) işi falan qalıb sistemdə, həm kartım bloklanıb camaatın pulun qaytarammıram (Kamal burda ustaca bildirmək isyətir ki, artıq pul söhbəti yoxdur və o məbləğ geri qaytarılmayacaq) ya pul çıxardamıram, ya pul gəmir. Yəni məslə budur. Mən sənin verdiyin bir nömrədəki problemə görə, mən hal hazırda böyük problem yaşayıram.
(Baxın o qədər mahir dələduzluq mexanizmi tətbiq edilir ki, həqiqətən insan hardasa olanlara görə təsssüf hissi keçirir. “Dolayısıyla bütün problemlər sizdən qaynaqlanır” düşüncəsi sizə peşəkarcasına təlqin edilir
)

-Kamal damam edir
Bu problemi də mən araşdıracam nədir, nə deyil, nətəhər həll olur sənə deyəcəm.İstisənmən həll eliyim, istisən belə pis çıxmasın nəsə bir şübhən varsa, birinci nömrəni kimə yoxlatdırırsan yoxladır ürəyin kimə istəsə görəcəksən nə var nə yox. Həəə yoxlatdır hamsını görərsən nə var nə yox. Elə bilərsən mən yalan deyirəm neyniyərəm yox. Sənə hər yolun deyəcəm razı olarsan edərəm razı olmazsan da özün izləməni aradan qaldırtıb deyərsən. Qardaş mən proqramı aktifləşdirib göndərərəm, Visyo sən sağ-mən salamat!

(Kamalın dediklərinin ən maraqlı məqamı da “ Sənə hər yolun deyəcəm razı olarsan edərəm razı olmazsan da özün izləməni aradan qaldırtıb deyərsən” ifadəsi idi. Gedişatın daha da maraqlı olacağını və Kamalın daha nə təklif edəcəyini bilmək üçün davam etməyi qərara aldıq)

-Redaksiya
Nə vaxt öyərənəcəksən
Ortalama vaxt

-Kamal (Səsli mesaj)
Qardaş, vaxtı belə deyəmmirəm,Yəni təxminən hardasa bir saat təxmini. Çünki yani bu mənlə əlaqədar olan şey deyil. Mən ora sörğu göndərirəm, müraciət edirəm. Onlar sorğuya ola bilər ki bir dəqiqəyə də bxa bilərlər, ola bilər, bir günə ola bilər bir saata baxa bilərlər. Baxır onların kefinə. Prostu mən hal hazırda araşdırıram da bu işin üzərində işləyirəm, narahat olma Allahın köməkliyinən həll eliyim. Problemin nə olduğun bilim deyəcə. Dediyim kimi ya mən ya bir başqası ilə bu iş həll olunmalıdır ki, ya sənin pulun batmasın ya mənim əziyyətim batmasın.

-Redaksiya
Tamam inşallah
Sabah o biri gün çox məşğulam, birinci gün məsələyə qayıdarıq.

-Kamal yenə də səsli mesaj göndərir

Qardaş birinci gün deyəndə ki yanı bu, belə deyim də bu gün ərzində həll olunan bir işdir. (Yəni məsləni uzatmaq olmaz. Mütləq şəkildə səndən maksimum faydalanmaq lazımdır.) Cavab qaytarılsa, cavab verilsə həll eliyəciyik. Birinci günə saxlamağa ehtiyac yoxdur. Mənim özümə də sərf eləmire, camaat bilirsən nə qədər mesaj göndərir? Camaat pul göndərənlərdir deyir mənə noldu mənim işim. Birinə deyirəm sistem bağlıdır birinə deyirəm nə bilim internet gedib (Dolayısıyla Kamal loru dildə desək hamını yola vediyini özü etiraf edir). Mən özüm də camaatı maşğul edirəm. Ona görə mənim özümə daha vacibdir ki tez olsun. Səbri ol indi müraciət edib deyəcəm. Görək bizim bazaya daxil olun bu problemi aradan qaldırmamız üçün nə lazımdır.

-Kamal yenə də səsli mesaj göndərir
Qardaş, belə deyimdaaa, sorgu göndərdim,bir 10 saniyə, 15 saniyə öncə mənə məlumat gəldi ki,yanı məlumat göndərildi ki,eee belə deyim də, mənim proqramda dedilər heç bir problem yoxdur. Sadəcə olaraq sənin verdiyin nömrədə, bizdən öncə kənar müdaxilə olunub du hal hazırda yəni bu səbəbdən WhatsApp rəhbərliyi (diqqət edin WhatsApp Rəhbərliyi) mənim sistemimi bloklayıbdır. Hə indi o blokun açlıb aradan qaldırılmasından ötəri mən WhatsApp rəhbərliyinə nömrə sahibi adından sorğu göndərmişəm ki, yəni mən nömrə sahibiyəm, nömrəmdə qeyri qanuni izləmə var, bun aradan qadılırın . Bizə əsas bir dənə lazımdır ki bir dənə bazaya daxil olaq yəni həmən o izləməni aradan qaldıraq. İzləyən şəxsin istəyirsizsə kimliyini müəyyənləşdirmək, olar poblem deyil eliyərik sənin üçün. Hə yanı belə. Səsləri göndərirəm dinlə qarqaş mənə bir xəbər elə.Didiyim kimi sorğunu da göndərirəm indi görək bazaya daxil olaub bu problemi aradan qaldırmaq üçün nə istəyirlər.

-Redaksiya səsli messaj
Problem deyil. Kimliyin dəqiqləşdirmək isyətirsinizsə o da olar. Heç bir problem yoxdur. Yəni mən nə üçün birinci gün deyirdim, sizə də yük olmasın, sırf onun üçün. Çünki mən indi çıxıb gedəcəym evə, evdə, evdən bu məsələni təqib etmək çətindir amma, istiyərəm niyə də olmasın ki, məh hazır mən gözləyirəm, heç bir problem yoxdur. (Bu ifadələrlə Kamal bir daha əmin olur ki, “sifarişçi” bu işin tez olmasında maraqlıdır və ehtiyat edir.)

-Kamal yenə də səsli mesaj göndərir

Qardaş deməli indi məsələ nədir, nə etmək lazımdır. Biz bu nömrədəki izləməni aradan qaldırmaqdan ötəri, yəni işimin , puluvun batmamasında ötəri, (Baxın yenə də ciddi şəkildə siqnal verirl ki, “müstərinin” pulu batacaq) WhatsApp rəhbərliyinin bazasına daxil olmalıyıq. Nömrə sahibi adından müraciət üçün. İndi WhatsApp rəhbərliyi də mənə deyir ki, əgər sən həqiqətən nömrə sahibisən sə, nömrə sahibinin şəxsiyytə vəqsiqəsinin ÖN TƏRƏFİNİ ARXA TƏRƏFİNİN şəklini bir də ki, sol əlində sol yanağına tutub şəxsiyyət vəsiqəsi ilə şəkil çəkib göndərdsin. Təsdiqləmək ümün şəxsiyyət vəsiqəsi ilə “SELFİ” istəyirlər. Deyim ki alinırsa inanmıram alıncaq, çünki o adam şübhələnə bilər. Əgər alınmırsa mən yeni sorğu göndərim ki, mənim şəxsiyyət vəsiqəm yoxdur, itirmişəm, etibarlılıq müddəti bitibdi. Bu gedişatla şəxsiyyat vəsiqəsini əvəz etmək üçün bizə nə təklif edəcəklərbizə nə deyəcəklər ki,eliyək bazaya daxil olar, izləməni də silək, izləyən şəxsin kimliyin də aşkarlayaq. Yəni bunlar hamısı bir şeyə bağlıdır ki biz bir dənə WhatsApp rəhbərliyiniinandırıb bazaya daxil olmalıyıq. Mən belə rəsmi müraciət edirəm ki (fırıldağın maksimum həddi, rəsmi müraciət) yəni sabahsı günü yəni problem yaranmasın bizə, qarşı tərəfə məlumat göndərilə də bilər, kənar müdaxilə eləsəm, belə deyək da kənar sızma eləsəm, sayta bazaya məlumat göndərilə bilər, qarşı tərəfin nömrəsi birdəfəlik blok da oluna bilər WhatsApp hesabı. Ona görə belə problemlər olur. Gec olsa da rəsmi şəkildə müraciət yaxşıdır ki, yanı işimizi bitirdikdən sonra da heş bir qorxumuz olmasın ki hər an hər dəqiqə qarşı tərəfə məlumat göndərilə bilər.
(Kamal bu cümlələrlə “müştərini” qorxu və ümüd arasında saxlayır və ardından Kamal zəng edir və onun zənginə cavab verilmir.)

-Kamal
? . Qardaş baxdız

-Redaksiya
Bu mümkün deyil, şəxsiyyət vəsiqəsi imkansız. Zənglərə cavab verə bilmirəm

-Kamal

Bildim qardaş, internet, sadece sistem bağlanıb deye mən özüm də danışa bilmirəm.İnternete görə. Zəiflləyir internet. Hə qardaş mən elə zənn eləmişdim ki siz əldə edə biləsniz belə mən sizə deyəcəkdim ki , onu əldə etsəniz qarşı tərəf şübhələnə bilər (Kamal müştərinin qəlbinə yol tapmaq, ona daha yaxın olduğunu göstərməyə cəhd edir) Hə, indi heç nə qardaş mən şəxsiyyət vəsiqəsi ilə əlaqədar sorğu göndərəcəyəm ki, şəxsiyyət vəsiqəsini müddəti bitib. İndi görəl şəxsiyyət vəsiqəsini nə ilə əvəz edə bilərik və ya bizdən nə istəyəcəklər. (Kamal bildirməyə çalışır ki bundan sonra olacaqlar yalnız WhatsApp rəhbərinin istəyidir. O bu məsələdə sadəcə vasitəçidir.)

Mən Allahın köməyi ilə sorğunun cavabı gəlsin sənə deyəcəm o variantla həl edərik, imkan olsa həll edərik (Kamal başa salmağa çalışır ki, əslində o imkansız bir şeyi edir). Dediyim kimi də qardaş qarşı tərəfin nömrəsindəki izləməni aradan qaldırtdırıb yazarsız mənə (Əgər fikir verdinizsə söhbət artıq fəqrli məcraya çevrildi, bu vaxta qədər bunu özü edəcəyini deyən Kamal , artıq bildiri ki, bunu siz edib və mənə bildirin. Təbii ki bütün bunlar əsla təsadüf deyil, bu öncədən yaxşı hazırlanmış ssenaridir) , öz üzərimə düçən şeyi həll eliyəcəm. Belə pis çıxmasıne əslində bu mənim işim deyil, yəni mənim sistemimdə proqraməmda bir problem olsa deyərəm. Qarşı tərəfin verdiyi nömrədə problem olduqda verdiyi profilde başqa bir problemlər olduqda müştəriyə çox vaxt heç demirəm ki, nədir. Deyirəm ki, nömrədə izləmə var onu aradan qaldır yaz mənə . Özüm yaxın durmuram. Həəə heç nə qardaş bir dənə inşallah mən özüm bu işin üzərindəyəm də narahat olma. Ərtaflı məlumat alım əlaqə saxlayacam sənnən. (Kamal olduqca peşəkar formada məsələni həm öz üzrətindən atdı, həm də “müstərini” borclü çıxarmağı bacardı). Təbii ki, ardı daha maraqlı olacaq.

-Redaksiya
Ok

-Hər şeyin qaydasında getdiyini düşünən Kamal bu dəfə də səsli mesaj göndərir

Qardaş deməli rəhbərlikdən cavab gəldii, bazaya daxil olub həmin izləməni aradan qaldırmaqdan ötəriii, şəxsiyyət vəsiqəsi lazım idi onu əvəz etməkdən ötəri indi bizdən qardaş belə deyim də yanıı , DEPOZİT pul istəyirlər (Artıq Kamal dəhəfinə tam yaxın olduğunu düşünür və əmindir ki “müştəri” ovcunun içindədir.) Depozit pul da belədir ki , girov puldur ora qoyulur, belə deyim də şəxsiyyət vəsiqəsini əvəz etməkdən ötəri. Ödəniş olunur, eee belə deyim də yanı iki saatdıq orda iş var. Həmən o nömrədəki izləmə ardan qaldırılır , izləyən şəxs müəyyənləşdirilir bütün problemlər həll olunur, proqram sənə göndərilir, təhvil verilir. İzləmə aktivləşdirilir . Ondan sonra bir dənə bank hesabı verirsən həmin o hesaba depozit, girov kimi verdiyin məbləğ nə olcaqsa yanıı sənə geri qaytarılır. Məbləğdən ötərsi sorğu göndərmişən (Baxın yenə də adam hər şeyi sanki WhatsApp rəhbərliyini təlimatıl ilə edirmiş kimi təssüratı yaradır). Belə deyim daa ya mən ya siz özünüz hər hansı şəkildə bu problemi aradan qaldırmasanız sizin ödədiyiniz pul da batır (Gözlədiyimiz kimi məsələnin pik həddi – pulunuz batır. Ayının min oyunu məsələsi…)Mən proqram almışam sistem, proqram hammısı bağlıdı, bu günki gün mən özüm sizə görə problıem yaşayıram. Bir dənə depozitin məbləği bilinsiz ödənişi eliyərsiniz,Allahın köməyi ilə saat yarım, iki saat ərzində problemi aradan qaldırıb sizə təhvil verirəm (Yuxarıda qeyd etdiyimiz kimi Kamal sizi borclü çıxarır və bütün günahların məhz sizdə olduğunu sizə təqlin edir. Ardı daha maraqlı olacaq.)

Kamal yenə zəng edir və bu dəfə də cavab almır. Artıq bu dialoqun uzadılmasının faydasız olduğunu qərara alırıq və Kamalın “ Qardaş necə oldu” sualına“ Ehtiya yoxdur sağol, Bu nağıl danışmaq oldu” cavabını veririk. Sonra da şərti olaraq adlandırğıqımız şəxsə bunun bir jurnalist araşdırması olduğunu bildirir və materialları olduğu kimi yayınlayacağımızı bildiririk.

Kamalın son səs yazısı belədir :

“Salam aleykum ay qardaş. Sən durub mənə elə hədə qorxu gəlirsən ki,mediada nə bilim orda burda.. Allaha şükür mediaya da əlimiz girir televiziyasına da əlimiz girir, instagramına da … Elə danışırsan elə bil ki, mən sənə maşın satmışam, beh almışam, neynəmişəm, fırıldaqçılı etmişəm. Ya səni aldadıb bloka atmışam, mən sənə insan kimi dedim ki, qardaş belə bir problem var, problemi həll elətdir.

(Heç şübhə etmirik ki, Kamal kimilərin KİV-də əsla dəstəkçisi yoxdur. Buna zərrə qədər şübhəmiz yoxdur).
Sən də dedin ki sən elə, mən də eləmək necə olur yanı mən pnu senə dedim. Sən başıdıyrsan ay nağıl danışırsan mən sənə 14-15 yaşında ştuçnu siqaret çəkən o uşaq muşaq döyüləme səni durub aldadıb bloka atım . Mən sənə nə var real onu dedim. Belə ürrəyin kimi istəyir şikayət elə, problem yoxdur, şikayət edib nə deyəcəksən, deyəcəksəm mən kimisə izlədirdim hə belə bir iş oldu? (Əslində Kamalın cəsarət aldığı nöqtədə budur. Kamal bilir ki, onun qurbanları bu əməlin (izləmənin) qeyri qanunu olduğunu bilir və problem yaranda belə kimsə özü qorxduğu üçün və əməlində cinayət tərkibi olduğu üçün hüquq mühafizə orqanlarına maraciət etməyəcək. Budur Kamalı güclü edən və bəlkə də yüzlərlə insanı qurbana çevirən “peşəkar” yanaşma).

Kamal davam edir- Uşaq-uşaq elə danışırsan ki and ola Allaha elə bil ki yanii, məhlədə dava-dava oynuyuruq. Məsələ budu da ged problemini həl elə də, mənə durub boş-boş nə hədə qorxu gəlirsən ki… Mənim kartım bağlanıb bank sistemin bağlanıb sən durub burda mənə nağıl danışırsan…

Şərti olaraq Kamal adlandırdığımız şəxs ilə bütün danışıqları və səs yazıları tərəfimizdən saxlanılmaqdadır. Bəlkə də yüzlərlə insan bu kimi fırıldaqçıların toruna düşüb bəlkə də bu fırıldaçılar heç Azərbaycanda deyil, Ermənistanda oturub bu kimi cinayət əməlləri etməkdədirlər. Bəlkə də tələb olunan şəxsiyyət vəsiqəsi ilə “selfi” və eləcə də qurbanlardan istədikləri bank hesabları nömrələri Ermənistan xüsusu xidmət orqanlarını ilə əməkdaşlığa cəlb olunmaq üçün müxtəlif üsullarla şantaj vasitəsi kimi istifadə ediləcək. Bunu biz deyil, dövlətin aidiyyati qurumları araşdıracaq.

Əgər siz bu kimi təhlükəli hal ilə raşılaşmısınızsa çəkinmədən hüquq mühafizə orqanlarına müraciət edin. Bu sizi gözləyə biləcək təhlükədən qoruya bilər.

Çalışın ki, bu kimi şəxslərin qurbanı olmayın.