Bakı. TurkicWorld :
Baş nazir Əli Əsədov "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və bununla əlaqədar "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Prezidentinin 2024-cü il 30 may tarixli 78 nömrəli fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
TurkicWorld xəbər verir ki, sənədə əsasən, Ədliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna, həmçinin, "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi və bununla əlaqədar Prezidentin ərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Prezidentin 2024-cü il 30 may tarixli 78 nömrəli fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.