Son dəqiqə

BMT ANAMA David Martinez

Qarabağın yaxın müddətdə minalardan tam təmizlənməsinə ümid edirəm - David Martinez

Bakı, TurkicWorld:

Qarabağın yaxın müddətdə minalardan tam təmizlənməsinə ümid edirəm.

TurkicWorld xəbər verir ki, bu barədə "Agora Diplomatico"nun Analitik direktoru David Martinez "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" konfransında "Davamlı Ətraf Mühitin Reabilitasiyası üçün Milli Bacarıqların Yaradılması" adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, minalar sakit qalan təhlükədir, insan həyatı və ətraf mühit üçün ciddi təhdid yaradır.

"Ərazilərin minalardan təmizlənməsi, həmçinin, bizim mənəvi yükümüzdür. Beynəlxalq insan haqları burada çox önəmli rol oynayır. Bu barədə təcrübələr bölüşdürməlidir.

Prosesdə cəmiyyətlə bərabər beynəlxalq ictimaiyyətdə iştirak etməlidir. Minatəmizləmə ilə bağlı görülən işlər bizi ümidləndirir. Biz minalardan zərər görən torpaqları, icmaları dayanıqlı cəmiyyətə çevirə bilərik", - deyə o bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransının ikinci günü keçirilir.

Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması"dır.

Mövzuya görə xəbərlər