Bakı. TurkicWorld:
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutacaq.
İclasın gündəliyində futbolumuzun gələcəyi üçün vacib olan 4 məsələ yer alıb. AFFA-nın inkişafı strategiyasının müzakirəsi iki hissədən ibarət olacaq. Komitə üzvlərinin qarşısında inkişaf hədəflərinin müəyyən olunması və strategiyanın yazılması vəzifələri durur.
Toplantıda Azərbaycan Premyer Liqası ilə bağlı iki vacib məsələyə də toxunulacaq. Üzvlər komanda sayının artırılmasını və 2024/25 mövsümündə tətbiq olunacaq legioner limitini müzakirə edəcəklər. Gündəlikdə AFFA-nın 2024-cü il üçün büdcəsi ilə bağlı fikir mübadilələrinə də yer verilib.
Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq.