Son dəqiqə

Hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

Bakı. TurkicWorld:

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır və artıq ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib.

TurkicWorld-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.