Son dəqiqə

Xocalı

Aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var - Orxan Rzayev

Bakı. TurkicWorld:

Aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var.

TurkicWorld xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, meyit qalıqlarında əllərin bağlanması və zədələyən əşyalarla vurulması faktları müəyyən olunub.

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Mövzuya görə xəbərlər