Son 50 il ərzində təbii fəlakətlərin sayı dəfələrlə artıb - Tomas Lamanauskas

Son 50 il ərzində təbii fəlakətlərin sayı dəfələrlə artıb - Tomas Lamanauskas

Bakı. TurkicWorld:

Son 50 il ərzində təbii fəlakətlərin sayı dəfələrlə artıb.

TurkicWorld xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin müavini Tomas Lamanauskas XI QLobal Bakı Forumunda deyib.

O qeyd edib ki, təbii fəlakətlər get-gedə daha tez-tez baş verir. Hazırda orta hesabla hər gün təqribən bir orta və ya böyük təbii fəlakət baş verir, 2030-cu ilədək isə bu kəmiyyət gündə 1,5-ə qədər artacaq.

Təmsil etdiyimiz və həmçinin riskə məruz qalan daha bir sahə rəqəmsal dayanıqlılıq hamımızı bütün halda birləşdirən rəqəmsal infrastrukturdur", - deyə Tomas Lamanauskas vurğulayıb.

Lamanauskas Qərbi Afrika sahilində böyük kabelin zədələndiyini və bunun bir sıra Qərbi Afrika ölkələrində internetin fəaliyyətində ciddi fasilələrə səbəb olduğunu qeyd edib. Dünya trafikinin 99 faizə yaxını onlardan keçir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.