XIII əsrdən bəri islamofobiya dünyada kök salıb - Mohammed El Maazouz

XIII əsrdən bəri islamofobiya dünyada kök salıb - Mohammed El Maazouz

Bakı. TurkicWorld:

XIII əsrdən bəri islamofobiya dünyada kök salıb.

TurkicWorld xəbər verir ki, Parisdə Geostrateji Araşdırmalar üzrə Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"Birinci sual budur ki, tədqiqatlar bu problemə dərindən yanaşır? İslamofobiya ilə bağlı fikirlər necə dinlənilir? Bunun həll yollarına cavab tapılmır. İslamofobiya nitqləri əvvəlki illərə nisbətən 31 faiz artıb. Əgər Fransa öz vizyon və strategiyalarını dəyişməsə, Fransa vətəndaş müharibəsi ilə üz-üzə qalacaq", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.