Bakı. TurkicWorld:
Qurani-Kərimə hücum edən Salvan Momikanın ölü tapıldığı iddia edilir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Salvan Momikanın sığınacaq aldığı Norveçdə ölü tapıldığı iddia edilib.
Xatırladaq ki, Salvan Momika iyunun 28-də paytaxt Stokholmda Qurban bayramının ilk gününə təsadüf edən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.
Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də və 14-də isə İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb. O, avqustun 24-də Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb.
Sentyabrın 3-də Malmö şəhərində Momikanın polisin himayəsi altında Quranı yandırması və ona mane olmağa çalışan 15 nəfərin saxlanması ilə bağlı etirazlar təşkil edilib.
Momika sonuncu dəfə oktyabrın 21-də Stokholmun mərkəzində Quran və Fələstin bayrağını yandıraraq İsrailə dəstək aksiyası keçirib.
Hafiz Rufizoğlu