Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük - Tulane Universitetinin professoru

Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük - Tulane Universitetinin professoru

Bakı. TurkicWorld:

ABŞ-də islamofobiya ilə bağlı məlumatlılıq çox aşağı səviyyədədir.

TurkicWorld xəbər verir ki, bunu Yeni Orleandakı Tulane Universitetinin siyasət professoru Raymond Casimer Taras "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"Biz müstəmləkəçiliyə qarşı çıxış edirik. Neomüstəmləkəçiliyin necə geniş vüsət aldığını görürük. Britaniyalı müsəlmanlar dedikdə, yazdıqda defis qoyulur. Bu yalnız qrammatik cəhətdən deyil, fikir olaraq ayrı-seçkilikdir. Bu məsələlərdə məlumatlılıq artmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.