Qərb ölkələri islamofobiyanın artmasına sponsorluq edir - Əli Al Qarni

Qərb ölkələri islamofobiyanın artmasına sponsorluq edir - Əli Al Qarni

Bakı. TurkicWorld:

İslamofobiya dünyada təhlükəli bir hal alıb və bir sıra Qərb ölkələri bunun artmasına sponsorluq edir.

Bunu TurkicWorld-ə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı Əli Al Qarni deyib.

O bildirib ki, Azərbaycanda və başqa ölkələrdə insanlar mehriban şəraitdə yaşayır, bütün dinlərin nümayəndələrinə hörmət edilir.

"Lakin Qərb ölkələri eyni hissləri bölüşmür. Biz Qərbdə artmaqda olan İslamofobiya ilə mübarizə aparmaq üçün birgə səylər göstərməliyik. Xüsusilə də Fransada islamofobiya ilə mübarizə aparmaq vacibdir", - deyə o əlavə edib.

Əli Al Qarni bu konfransa ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib.

"Azərbaycan islamofobiya probleminin beynəlxalq səviyyədə müzakirəsi üçün çox gözəl platfoma təqdim edir", - deyə o bildirib.