Fransada islamofobiya ilə bağlı vəziyyət çox pisdir – Beynəlxalq mütəxəsis

Fransada islamofobiya ilə bağlı vəziyyət çox pisdir – Beynəlxalq mütəxəsis

Bakı. TurkicWorld:

Qərb ölkələrində islamafobiya getdikcə daha geniş şəkildə yayılmaqdadır.

TurkicWorld xəbər verir ki, bunu "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, beynəlxalq insan hüquqları üzrə mütəxəsis Saul Takahaşi deyib.

O bildirib ki, Qəzzada baş verən soyqırımı Qərb ölkələrində islamofobiyanın dramatik şəkildə artmasına səbəb olur.

"Lakin islamofobiyanın getdikcə bu qədər artması, eyni zamanda, siyasi vəziyyətlə bağlıdır", - deyə mütəxəssis qeyd edib.

S.Takahaşi bildirib ki, islamofobiyanın artdığı Avropa ölkələrindən biri də Fransadır.

"Fransada İslamofobiya ilə bağlı vəziyyət çox pisdir. Bəzi təşkilatlar bunu beynəlxalq qanunlara riayət olunmaqla əlaqələndirməyə çalışırlar, ancaq mən hesab edirəm ki, Fransa hökumətinin etdiklərində çoxlu siyasi faktorlar var, həm daxili, həm də xarici siyasi faktorlar.

Mən beynəlxalq insan hüquqları üzrə mütəxəsis kimi deməliyəm ki, bütün hökumətlər beynəlxalq insan hüquqları ilə bağlı qanunlara riayət etməlidir. Təəssüflər olsun ki, Fransada və bir çox Qərb ölkələrində buna riayət etmirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.