Müsəlmanların yalnız 11 faizi Avropa Parlamentinə seçilib - Brahim Laytouss

Müsəlmanların yalnız 11 faizi Avropa Parlamentinə seçilib - Brahim Laytouss

Bakı. TurkicWorld:

Müsəlmanlar vətəndaş kimi cəmiyyətin inkişafında rol oynamalıdır.

TurkicWorld xəbər verir ki, bunu Avropanın İnkişaf və Tədqiqat Akademiyasının baş direktoru Brahim Laytouss "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"Biz Avropanın bir hissəsiyik, bunu danmaq olmaz. Müsəlmanların da vətəndaş olaraq öz məsuliyyətləri var. Müsəlmanların yalnız 11 faizi Avropa Parlamentinə seçilib. Siyasəti dəyişmək istəyiriksə, müsəlmanlar buna daha çox cəlb olunmalıdır. İslamofobiya onların həyatına ciddi təsir edir.

Bütün Avropa təsisatları ilə sıx işləməliyik. Dialoq yalnız bu yolla mümkün ola bilər", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.