Son dəqiqə

Xankəndi Xocalı

Xankəndi, Xocalı və daha üç rayonda mədəniyyət müəssisələrinin məlumat bazası yaradılıb

Bakı. TurkicWorld:

Erməni işğalından azad olunan Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədəki mədəniyyət müəssisələrinin məlumat bazası yaradılıb.

TurkicWorld xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən həmin ərazilərdə monitorinqlər aparılıb.

Yoxlamalar əsasında həmin ərazilərdəki mədəniyyət müəssisələrinin mövcud vəziyyəti öyrənilib, müvafiq məlumat bazası yaradılıb.

Mövzuya görə xəbərlər