Son dəqiqə

Xankəndi Azərpoçt

Xankəndi Poçt Filialının yaradılması barədə rəsmi açıqlama verilib

Bakı.TurkicWorld:

2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə də mütəmadi yenidənqurma işləri aparılır.

TurkicWorld xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin təşəbbüsü ilə keçirilən “2023-Hesabat” tədbirində MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev deyib.

O bildirib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb.

“2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”, - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər