Qubadlı rayonunda silah-sursat aşkar edilib

Qubadlı rayonunda silah-sursat aşkar edilib

Bakı. TurkicWorld:

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.\

Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində 1 pulemyot, 1 avtomat, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.