Bakı. TurkicWorld:
AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilir.
İdman.biz xəbər verir ki, toplantıda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin taleyinə aydınlıq gəlib.
İK noyabrın sonunda müqaviləsi başa çatacaq italiyalı mütəxəssislə yola davam etməmək barədə qərar verib.
-----------------
11:02
AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi iclas başlayandan təxminən 10 dəqiqə sonra oranı tərk edib.
İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.
Qeyd edək ki, iclasın gündəliyinə italiyalı mütəxəssisin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.
------------------
10:01
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir.
İdman.biz xəbər verir ki, assosiasiyanın inzibatı binasında keçirilən yığıncaq saat 10:00-da başlayıb.
İclasın gündəliyinə duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır. İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verəcək. Müqaviləsi başa çatacaq baş məşqçinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq və yekun qərar veriləcək.
İdman.biz







