Bakı. TurkicWorld:
Azərbaycan yığmasının kapitanı Emin Mahmudovun İsveç yığmasının qapısından keçirdiyi top UEFA tərəfindən fərqləndirilib.
İdman.biz xəbər verir ki, onun vurduğu qol AVRO-2024-ün seçmə mərhələsində IX turunun ən yaxşı qolu seçilib.
Millimiz Bakıda İsveç komandasını 3:0 hesabı ilə məğlub edib. Emin Mahmudovun 89-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə topu qapıdan keçirib.
İdman.biz