Bu ildən Mərakeşdə ailədə qadınların bir çox probleminin həlli istiqamətində addım atılıb - Mərakeşli nazir

Bu ildən Mərakeşdə ailədə qadınların bir çox probleminin həlli istiqamətində addım atılıb - Mərakeşli nazir

Bakı. TurkicWorld:

2023-ci ildən Mərakeşdə ailədə qadınların bir çox probleminin həlli istiqamətində dövlət tərəfindən praktiki addım atılıb.

TurkicWorld xəbər verir ki, bunu Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Aavatif Bakıda "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"2022-ci ildən etibarən 18 milyonadək qadın bir çox üstünlük əldə edib, belə ki, 18 milyona yaxın ailə bu fürsətdən yararlanıb",- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Xəbər yenilənəcək