Son dəqiqə

Azərbaycan Monteneqro Şahmat

Kişi şahmatçılar Belçikaya, qadınlar Yunanıstana qalıb gəlib

Bakı. TurkicWorld:

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında VIII tur keçirilib.

İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanla qarşılaşıb.

Komandanın 2,5:1,5 hesabı ilə qələbə qazanıb. Birinci lövhədə Günay Məmmədzadə rəqibini mat edib. Digər üç şahmatçımız heç-heçəyə razılaşıb. Hesabında 13 xal olan millimiz lider Bolqarıstandan bir xal geri qalır.

Turnirdə uğursuz çıxış edən kişi şahmatçılarımız Belçika ilə görüşdə maksimum nəticə qazanıb. Komandamız iki lövhədə qələbə qazansa da, iki lövhədə "sülh" qeydə alınıb. Bu qələbə yığmamızı 18-ci pilləyə yüksəldib.

Qeyd edək ki, sabah Avropa çempionatına yekun vurulacaq.

Avropa çempionatı

VIII tur
Belçika – Azərbaycan - 1:3

Daniel Darda – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Yasper Beukama – Rauf Məmmədov - 0:1
Lennert Lenarets – Nicat Abasov - 0,5:0,5
Adrian Ross – Vasif Durarbəyli - 0:1
Turnir cədvəli: 1. Serbiya, 2. Almaniya hər üçü 13 xal, 3. İngiltərə – 11, ... 18. Azərbaycan – 8.

Azərbaycan – Yunanıstan - 2,5:1,5
Günay Məmmədzadə – Stavrula Tsolakidu - 1:0
Ülviyyə Fətəliyeva – Anastasia Avramidu - 0,5:0,5
Xanım Balacayeva – Yekatirini Pavlidiu - 0,5:0,5
Gülnar Məmmədova – Marina Malropoulu - 0,5:0,5
Turnir cədvəli: 1. Bolqarıstan – 14, 2. Azərbaycan – 13. 3. Fransa – 12 xal, .

İdman.biz

Mövzuya görə xəbərlər