Rahid Əmirquliyev: “Millimizin Belçikadan ən azı bir xalla qayıdacaqlarına ümid edirəm”

Rahid Əmirquliyev: “Millimizin Belçikadan ən azı bir xalla qayıdacaqlarına ümid edirəm”

Bakı. TurkicWorld:

“Azərbaycan - İsveç qarşılaşmasından öncə heç kim millimizin böyük hesabla qələbə qazanacağını gözləmirdi. Güclü rəqib yaxşı oyunçulara sahibdir”.

Bunu İdman.biz saytına Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev AVRO-2024 seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan - İsveç matçı barədə danışarkən deyib.

34 yaşlı keçmiş kapitan yığmamızın 3:0 hesablı qələbəsini yüksək qiymətləndirib: “Millimiz çox yaxşı oyun nümayiş etdirdi. Çox sevindirici bir haldır ki, komandamız belə bir güclü rəqibə qarşı layiqli qələbə qazandı. Bu nəticə gələcəyə ümid verir ki, yığmamız bundan da sonra uğurlu işlər görəcək”.

O, Azərbaycan millisinin Belçika ilə görüşünü də dəyərləndirib. Əmirquliyevin sözlərinə görə, rəqib güclü olsa da, yığmamızda əhval-ruhiyyə yüksəkdir: “Ancaq bu oyundan qələbə ilə qayıtmaq çətin məsələdir. Millimizin səfər matçından ən azı bir xalla qayıdacaqlarına ümid edirəm”.

Qeyd edək ki, Azərbaycan Belçika ilə noyabrın 19-da səfərdə oynayacaq.

Banuçiçək Hüseynli

İdman.biz