Belçika – Azərbaycan oyununun hakimləri dəqiqləşib

Belçika – Azərbaycan oyununun hakimləri dəqiqləşib

Bakı. TurkicWorld:

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan oyununu idarə edəcək hakimlərin adları bəlli olub.

İdman.biz xəbər verir ki, görüşü macarıstanlı ədalət təmsilçiləri idarə edəcək.

Qarşılaşmanın baş hakimi Gerqo Boqar olacaq. Ona Teodoros Georgiu və Balaj Şalai köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Ferens Karako yerinə yetirəcək.

Qeyd edək ki, matç noyabrın 19-da Brüsseldə, “King Baudouin Stadium”da keçiriləcək.

İdman.biz