Son dəqiqə

Azərbaycan Monteneqro Şahmat

Yığmalarımız Xorvatiya və Fransa ilə qarşılaşacaq

Bakı. TurkicWorld:

Monteneqronun Budva şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında IV tur keçiriləcək.

İdman.biz xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadınlarımız Fransa ilə qarşılaşacaq.

Kişilərdən ibarət yığma oyuna əsas heyətdə çıxacaq. Komandada Vasif Durarbəyli ehtiyatda qalacaq.

Qadınlar şahmatçıların mübarizəsində Ülviyyə Fətəliyeva Fransa ilə oyunu buraxacaq.

Avropa çempionatı
IV tur
Kişilər
Xorvatiya – Azərbaycan

İvan Sariç – Teymur Rəcəbov
Ante Brkiç – Şəhriyar Məmmədyarov
Saşa Martinoviç – Rauf Məmmədov
Marin Bosioçiç – Nicat Abasov

Turnir cədvəli: 1. Polşa, 2. Almaniya – hər ikisi 6 xal, 3. İsrail – 5... 11. Azərbaycan – 4.

Qadınlar
Azərbaycan – Fransa

Günay Məmmədzadə – Deimante Daulite-Kornett
Gövhər Beydullayeva – Sofi Millie
Xanım Balacayeva – Mitra Hejazipur
Gülnar Məmmədova – Paulin Quişar

Turnir cədvəli: 1. Fransa, 2. Azərbaycan – hər ikisi 6 xal, 3. Almaniya – 5.

İdman.biz

Mövzuya görə xəbərlər