Son dəqiqə

Azərbaycan ABŞ uşu

5 qat Avropa çempionumuz mundiala yollanır

Bakı. TurkicWorld:

Noyabrın 16-da ABŞ-ın Texas şəhərində uşu üzrə dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, 4 gün davam edəcək mundialda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərliyi ilə 5 qat Avropa çempionu Elçin Eminov 60 kq-da qalib adı uğrunda döyüşəcək.

Qeyd edək ki, noyabrın 20-də yekunlaşacaq yarışda 72 ölkədən 499 idmançının medallar uğrunda yarışacağı gözlənilir.

Emin Ağa

İdman.biz

Mövzuya görə xəbərlər