Bakı. TurkicWorld:
Cari ilin 11 noyabr tarixində Vyanada ADA Universitetinin məzunlarının II forumu keçirilmişdir. Xatırladaq ki, ötən il ilk forum Macarıstanın Budapeşt şəhərində keçirilib.
Builki toplantıya Avropanın 28 ölkəsindən 105 ADA Universiteti məzunu iştirakçı qismində qatılıb.
Forumda ADA Universitetinin gələcək strategiyası, Cənubi Qafqaz regionununda yeni persperktivlər, Qarabağda quruculuq işləri və s. müzakirə olunmuşdur. Müvafiq mövzular üzrə, məzunlar 10 qrupa bölünərək müzakirələr keçirmiş və müzakirə nəticələrini təqdim edərək, Azərbaycanın gələcək inkişafı ilə bağlı təkliflərini səsləndirib.