Son dəqiqə

Azərbaycan Portuqaliya

Millimizin qapıçısı: “Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”

Bakı. TurkicWorld:

“Oyuna istədiyimiz kimi başlaya bilmədik. Çünki rəqib çox qapanmışdı”.

Bunu İdman.biz saytına minifutbol üzrə millimizin qapıçısı Vəli Qafarov deyib.

Dünya çempionatında Portuqaliya üzərində 3:0 hesablı qələbəyə münasibət bildirən oyunçu üzərinə böyük yük düşmədiyini vurğulayıb: “Fasilədə baş məşqçi bir daha bizə necə oynamalı olduğumuzu xatırlatdı. Bundan sonra özümüzə inam artdı. Hücumları artırdıq və istədiyimiz qolları vurduq. Bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, millimiz 1/4 finalda Bolqarıstan ilə üz-üzə gələcək. Görüş bu gün saat 21:00-da start götürəcək.

Mövzuya görə xəbərlər