Son dəqiqə

Azərbaycan Portuqaliya

Millimizin futbolçusu: “Portuqaliyaya Avropa çempionluğumuzu sübut edəcəyik”

Bakı. TurkicWorld:

“Həyəcan yoxdur. Oyun saatını səbirsizlik ilə gözləyirik”.

Buna İdman.biz saytına minifutbol üzrə milli komandamızın üzvü Elvin Əlizadə deyib.

BƏƏ-də keçirilən minifutbol üzrə dünya çempionatının 1/8 finalında millimiz bu gün Portuqaliyaya qarşı oynayacaq. Elvin rəqibi yaxşı təhlil etdiklərini bildirib: “Portuqaliyanın oyununu izləmişik. Rəqibə qarşı necə oynayacağımızı bilirik. Düzdür, güclü rəqibdir. Adlı-sanlı futbol ölkəsinin təmsilçiləridir. Portuqaliya dedikdə, ağla böyük futbol ölkəsi gəlir. Amma biz də Avropa çempionuyuq. Bu gün bunu onlara sübut edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Portuqaliya matçı saat 18:30-da start götürəcək.

Mövzuya görə xəbərlər