Fərid Qayıbov: “Bodibildinq və Fitnes Federasiyasının təşkil etdiyi yarışlara böyük maraq olur”

Fərid Qayıbov: “Bodibildinq və Fitnes Federasiyasının təşkil etdiyi yarışlara böyük maraq olur”

Bakı. TurkicWorld:

Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov Bodibildinq və Fitnes Federasiyasını 30 illik yubiley münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, nazir “Elektra Events Hall”da təşkil olunan ölkə kubokuna qatılıb.

Qayıbov federasiyanın sağlam həyat tərzinin təbliğində xüsusi rolu olduğunu qeyd edib: “Federasiyanın təşkil etdiyi bütün yarışlara böyük maraq olur. Bu gün keçirilən turnirdə zalın dolu olması bunu özündə əks etdirir. Bu baxımdan Bodibildinq və Fitnes Federasiyası öncüllərdəndir və bunu müşahidə etmək çox xoşdur”.

Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev gənclər və idman nazirinə bu idman növünün ölkədə inkişafına verdiyi töhfəyə görə federasiyanın xüsusi mükafatını təqdim edib.

Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Avropanın mütləq çempionu Yusif Nurullayevə və ölkədə bodibildinqin inkişafında xidmətləri olan digər şəxslərə də mükafatlar verilib.