Son dəqiqə

Daxili İşlər Nazirliyi

Bu il Azərbaycanda törədilən cinayətlərin 88,6 faizinin üstü açılıb

Bakı. TurkicWorld:

Daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib.

TurkicWorld xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

O bildirib ki, ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb.

Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən, bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.

Mövzuya görə xəbərlər