Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Latviya Beynəlxalq Əlaqələr İnstitutu ilə "Qonşu Ölkələrin prespektivindən Avropa İttifaqının gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Latviya Beynəlxalq Əlaqələr İnstitutu ilə "Qonşu Ölkələrin prespektivindən Avropa İttifaqının gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirib

Bakı. TurkicWorld:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Latviyanın Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə "Qonşu Ölkələrin prespektivindən Avropa İttifaqının gələcəyi" mövzusunda qapalı dəyirmi masa təşkil edib.

Toplantıda Avropa Birliyini (AB) gözləyəcək gələcək ssenarilər: AB üzvlərinin və AB qonşularının baxış və gözləntiləri; NATO-ya üzv və qeyri üzv ölkələrin davamlı təhlükəsizlik ilə bağlı baxışları; Cənubi Qafqazda yeni geosiyasi dinamikalar; Qərbi Balkanların AB-nə inteqrasiyası prespiktivləri müzakirə olunub.

Müzakirələrdə Mərkəzin həm-sədri və Latviyanın sabiq Prezidenti xanım Vaira Vike-Frayberqa, Sloveniyanın sabiq Prezidenti Borut Pahor, Latviyanın sabiq Prezidentləri Valdis Zatlers, Egils Levits; Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, BMT Baş Assambleyasının 73-cü Prezidenti, Ekvadorun xarici işlər naziri Maria Fernanda Espinosa, Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçal, Monteneqronun sabiq Müdafiə naziri Milica Peyanoviç, Latviyanın sabiq Baş naziri Laimdota Straujuma, sabiq Baş naziri müavi, Müdafiə naziri Artis Pabriks çıxış ediblər.

Tədbir çərçivəsində Latviyanın sabiq Prezidenti Egils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri sırasına qoşulub.

Mərkəzin üzvləri, o cümlədən, Latviyada ənənəvi olaraq keçirilən Riqa Forumunda da iştirak ediblər.
Riqa Konfransı xarici siyasət və müdafiə sahəsində regional və beynəlxalq ekspertləri, alimləri, beynəlxalq hadisələri işıqlandıran jurnalistləri və qərar qəbul edən şəxsləri bir araya toplayır. Konfrans transatlantik ictimaiyyətə təsir edən məsələlərin müzakirəsini və qiymətləndirilməsini təşviq edir. 2006-cı ildən Latviyanın paytaxtında keçirilən konfrans regionda hər il keçirilən ənənəvi toplantıya çevrilib.