Bakı. TurkicWorld:
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığma səfərdə Farer adaları ilə qarşılaşacaq.
Komandamız matçın favoritidir. Milli qələbə qazanacağı halda, qrupun vahid lideri də ola bilər. Bu, digər matçda Kiprin Monteneqro ilə görüşdə xal itirəcəyi halda reallaşacaq.
Qeyd edək ki, qrupumuzun digər oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Millətlər Liqası
C divizionu
III tur
27 oktyabr
17:00: Farer adaları – Azərbaycan
Baş hakim: Jelena Jermolajeva
Klaksvik. “Djupumyru” stadionu.
|
1 |
Kipr |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
2 |
Azərbaycan |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
3 |
Monteneqro |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
|
4 |
Farer adaları |
2 |
0 |
0 |
2 |
0-2 |
0 |







