Son dəqiqə

Quba

Qubada bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyi üzrə yarışların yekun gününə start verilib

Bakı. TurkicWorld:

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyi yarışlarının yekun gününə start verilib.

TurkicWorld cümə günü xəbər verir ki, bu gün qaliblər və mükafatçılar müəyyən ediləcək.

Bədii gimnastika üzrə 28-ci Azərbaycan Birinciliyində fərdi proqramda çıxış edən 122 gimnast və qrup məşqlərində çıxış edən 9 komanda iştirak edir.

28-ci Azərbaycan Birinciliyində "Ocaq Sport" klubunun (Şamaxı və Zaqatala), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, Abşeron, Gəncə, Göyçay, Lənkəran, Masallı, Qusar, Şirvan Olimpiya İdman Komplekslərinin, eləcə də Şəmkir və Naxçıvan Şəhər Gənclər Mərkəzlərinin təmsilçiləri çıxış edirlər.

İdmançılar uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında çıxış edirlər.

Mövzuya görə xəbərlər