Bakı. TurkicWorld:
Dayanıqlı İnkişaf Məqsədlərində hədəf etdiyimiz yolun yarısındayıq.
TurkicWorld xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" üzrə Üçüncü DİM Dialoqu zamanı çıxışında deyib.
"COVID-19 pandemiyasının hələ də davam etməsi, artan yoxsulluq, geosiyasi gərginliklər dayanıqlı inkişaf üzrə tərəqqini daha da geri salıb. Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdikdən sonra həmin ərazilərin bərpa və yenidən qurulmasını təmin edilməsini, insanların doğma yurdlarına geri qayıtmasını başlıca hədəf kimi qəbul edib. Bu proses BMT-nin dayanıqlı inkişaf planına uyğun olaraq həyata keçirilir", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, Bakıda "2023-cü il Qlobal DİM Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" üzrə Üçüncü DİM Dialoqu keçirilir.
"DİM Dialoqu"na, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Azərbaycan Ali Audit Qurumu və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi həmsədrlik edəcək.