Son dəqiqə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Qubada “Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda seminar keçirilib

Bakı. TurkicWorld:

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər” mövzusunda seminar keçirilib.

TurkicWorld xəbər verir ki, seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, könüllülər, fəal gənclər iştirak edib.

Çıxışlarda bildirildi ki, multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Qeyd olundu ki, bu gün sabaha dünənlə yol alar və Azərbaycan multikulturalizminin banisi Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün etnik qrupları, xalqları birləşdirən dəyərdir.

Sonda tədbir diskussiya şəklində davam etdirildi, gənclərin sualları cavablandırıldı və mövzu ətrafında fikirləri dinlənildi.

Mövzuya görə xəbərlər