Son dəqiqə

Azərbaycan AVRO-2024

Avstriyanın baş məşqçisi Azərbaycana qələbə gələcəklərini açıqlayıb

Bakı. TurkicWorld:

“Çox yaxşı və cəsarətli oyun oynadıq. Düşünməzdim ki, futbolçularım belə oyun nümayiş etdirə bilərlər. Bu vəziyyətdə belə bir oyun keçirməyimiz inanılmazdır”.

İdman.biz xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə oyundan sonra Avstriyanın baş məşqçisi Ralf Ranqnik deyib.

Evdə 2:3 hesabı ilə məğlub olan mütəxəssis Bakıda Azərbaycan millisi ilə matçda qələbə qazanmaq arzusundadır. Ranqnik bildirib ki, 3 xal əldə edib, Almaniyada keçiriləcək final mərhələsinə yüksəlmək üçün Bakıda ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar: “Oyuna elə yanaşacağıq ki, bazar ertəsi hər şeyi özümüz aydınlaşdıra bilək. Azərbaycan topa sahib olmağa çalışan komandadır. Onlar Estoniyada 2:0 hesablı qələbə ilə bunu sübut etdilər. Əvvəlcə bu oyunda qalib gəlməliyik".

Qeyd edək ki, Azərbaycan – Avstriya matçı oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mövzuya görə xəbərlər