Son dəqiqə

Azərbaycan Portuqaliya Cüdo

Dünya çempionatı: Yaponiya birinci, Azərbaycan ikinci

Bakı. TurkicWorld:

Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən dünya çempionatının fərdi yarışlarında 1 qızıl və 2 gümüş medal qazanıb, 3 cüdoçumuz isə sıralamada 5-ci yerdə qərarlaşıb.

İdman.biz xəbər verir ki, fərdi yarışlarda yığmamız medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 2-ci yeri tutub.

Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.

Dünya çempionatının fərdi yarışlarının ilk günündə oğlanlar arasında 60 kq çəkidə Nizami İmranov final görüşündə yaponiyalı idmançı Yamato Fukuda ilə güclərini sınayıb. Nəticədə Nizami yarışın gümüş medalını əldə edib. Qızlar arasında 48 kq çəki dərəcəsində Könül Əliyeva yarışı 5-ci yerdə tamamlayıb.

Çempionatının ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda "seoi-otoshi" fəndi ilə ABŞ təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib.

Yarışın üçüncü günündə oğlanlar arasında 90 kq çəkidə Vüqar Talıbov final görüşündə yaponiyalı idmançı Komey Kavabata ilə güclərini sınayıb. Nəticədə Vüqar yarışın gümüş medalını əldə edib. 81 kq çəki dərəcəsində Ömər Rəcəbli 5-ci yerlə kifayətlənib.

Fərdi yarışların sonuncu günündə isə oğlanlar arasında +100 kq çəkidə Ramazan Əhmədov 5-ci yerə çıxıb.

Mövzuya görə xəbərlər