Azərbaycan yaxın illərdə kosmik sahəsində yeni layihələri həyata keçirəcək

Azərbaycan yaxın illərdə kosmik sahəsində yeni layihələri həyata keçirəcək

Bakı. TurkicWorld:

Yaxın illərdə Azərbaycan kosmik tədqiqatlar və texnologiya sahəsində öz rolunun gücləndirilməsinə yönəlmiş yeni layihələri fəal şəkildə həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, Avropa Parlamentinin keçmiş deputatı Jan-İv Le Qallu Milli Məclisin iclasında çıxışı zamanı deyib.

"Azərbaycanda mühüm hadisələrin şahidi olmaq imkanım oldu. Bu, Azərbaycanın kosmik sektorunda əlamətdar məqama çevrilən iki rabitə peykinin - "Azerspace 1" və "Azerspace 2"nin orbitə buraxılmasıdır", - deyə Avropa Parlamentinin sabiq deputatı bildirib.

O vurğulayıb ki, son illər dünyada kosmik sektorun fəal inkişafı müşahidə olunur ki, bu da kosmik tədqiqatlara və texnologiyaya artan əhəmiyyət və marağın göstəricisidir. Jan-İv Le Qallu əlavə edib ki, kosmosda yeni irəliləyişlərin davam etdirildiyini vurğulayan sonuncu peyk dünən səhər uğurla buraxılıb.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.

Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.

Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.

Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.